6 may 2026. Çərşənbə

AFFA İntizam Komitəsi “Sumqayıt”ın prezidenti və baş məşqçisini cəzalandırıb


  • Offside
  • 17:07 06.05.2026
  • Oxunma sayı: 6
AFFA İntizam Komitəsi “Sumqayıt”ın prezidenti və baş məşqçisini cəzalandırıb

AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Saşa İliçlə bağlı qərar verib.

90deqiqe.Az xəbər verir ki, qurumun iclasında qəbul edilən qərara əsasən, Riad Rəfiyev Premyer Liqanın XXX turunda “Kəpəz”lə matçdan sonra hakimlərin otağına daxil olduğu üçün iki oyunu şərti olmaqla ümumilikdə beş oyunluq cəzalanıb. Klub isə 5000 manat məbləğində cərimə edilib.

Baş məşqçi Saşa İliç isə hakim qərarına etirazına görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq diskvalifikasiya olunub. “Sumqayıt” serbiyalı mütəxəssisin davranışına görə də 5000 manat cərimə ödəyəcək.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” oyunu Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.







Offside