6 may 2026. Çərşənbə

“Neftçi”nin FIBA 3x3 Dünya Seriyasının Manila mərhələsi üçün heyəti açıqlanıb


  • Offside
  • 18:51 06.05.2026
  • Oxunma sayı: 35
“Neftçi”nin FIBA 3x3 Dünya Seriyasının Manila mərhələsi üçün heyəti açıqlanıb

“Neftçi”nin FIBA 3x3 Dünya Seriyasının Manila mərhələsi üçün heyəti müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, mayın 7-də start götürəcək nüfuzlu turnirdə Neftçi basketbol klubu ölkəmizi Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanova və komandanın yeni transferi Aoi Katsura ilə təmsil edəcək.

Bakı təmsilçisi yarışın qrup mərhələsində çətin sınaqla üz-üzə qalacaq. Belə ki, “Neftçi” B qrupunda Polşa və Çin yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Manila mərhələsi FIBA 3x3 Dünya Seriyasının ən rəqabətli etaplarından biri hesab olunur və burada uğurlu çıxış komandanın ümumi reytinqinə ciddi təsir göstərə bilər.







Offside