- Offside
- 20:27 07.05.2026
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.
90deqiqe.Az xəbər verir ki, B qrupunda yer alan "ağ-qaralar" ilk görüşdə Polşa yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb — 22:13.
"Neftçi" bu gün qrup mərhələsində Çin millisi ilə də münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, turnirə mayın 8-də yekun vurulacaq.