8 may 2026. Cümə

“Neftçi” Manilada 1/4 finala yüksəldi


  • Offside
  • 16:00 07.05.2026
  • Oxunma sayı: 36
“Neftçi” Manilada 1/4 finala yüksəldi

"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində uğurlu çıxışını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, B qrupunda mübarizə aparan "ağ-qaralar" keçirdiyi hər iki oyunda qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Polşa yığmasını 22:14, daha sonra isə Çin millisini 19:17 hesabı ilə məğlub edib.

Azərbaycan təmsilçisi 1/4 final mərhələsində sabah Monqolustan yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də start götürəcək.

Qeyd edək ki, turnirə mayın 8-də yekun vurulacaq.







Offside