- Offside
- 20:27 07.05.2026
AFFA-nın təşkilatçılığı ilə qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun sonuncu - V mərhələsi keçirilib.
Bu barədə 90deqiqe.Az-a milli assosiasiyadan məlumat verilib.
Kurs qurumun Təhsil və Reabilitasiya Mərkəzində gerçəkləşib.
Məşğələlərə təlimatçılar Faiq Əzizov, Vitali Kovalyov və Üzeyir İbrahimov rəhbərlik ediblər.