8 may 2026. Cümə

Dövlət qurumları arasında minifutbol yarışına yekun vuruldu


  • Offside
  • 19:56 07.05.2026
  • Oxunma sayı: 31
Dövlət qurumları arasında minifutbol yarışına yekun vuruldu

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında keçirilən minifutbol turnirinə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, SOCAR-ın komandası turnir boyu bütün görüşləri qələbə ilə başa vuraraq çempion olub. Qalib kollektiv qızıl medallarla yanaşı, yarışın əsas mükafatı olan kuboka da sahib çıxıb.

Final qarşılaşmasında məğlub olan "Azərişıq" komandasının üzvləri gümüş medallarla təltif ediliblər. Turniri üçüncü pillədə başa vuran Ədliyyə kollektivi isə bürünc medallara layiq görülüb.

Qarşılaşmalar və mükafatlandırma mərasimi Bakı Tennis Akademiyasında təşkil olunub.







Offside