18 dekabr 2025. Cümə axşamı

Teymur Rəcəbov işi tay-brekə saxladı


  • Offside
  • 16:45 03.10.2019
  • Oxunma sayı: 531
Teymur Rəcəbov işi tay-brekə saxladı

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunun finalında 4-cü - sonuncu görüşünü keçirib.

Corner.az-ın məlumatına görə, həmyerlimiz çinli Dinq Lirenə qarşı bu dəfə qara fiqurlarla oynayıb.

Görüş heç-heçə yekunlaşıb. Bununla 4 görüşdən ibarət olan final 2:2 hesabı ilə başa çatıb. Belədə tay-brekə ehtiyac duyulub. Şahmatçılar sabah sürətli şahmatda qalibi müəyyənləşdirəcəklər.

Qeyd edək ki, həm Teymur Rəcəbov, həm də Dinq Liren həlledici görüşə vəsiqə qazandığından, İddiaçılar Turnirində iştirak hüququ əldə edib.







Offside