8 may 2026. Cümə

Ronaldo karyerasında 971-ci qolu vurdu - “Əl-Nəsr” “Əl-Şabab”ı məğlub etdi


  • Offside
  • 01:28 08.05.2026
  • Oxunma sayı: 24
Ronaldo karyerasında 971-ci qolu vurdu  - “Əl-Nəsr” “Əl-Şabab”ı məğlub etdi

Səudiyyə Pro Liqasının 2025/2026 mövsümünün 33-cü turunda “Əl-Şabab” və “Əl-Nəsr” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Ər-Riyadda yerləşən “Əl-Şabab – Şahzadə Xalid bin Sultanın stadionu”nda keçirilib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun əvvəlində, 3-cü dəqiqədə qonaq komandanın hücumçusu Joau Feliks hesabı açıb. 10-cu dəqiqədə o, dubl edib. 30-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Yannik Karrasko fərqi azaldıb.

İkinci hissədə 75-ci dəqiqədə Kriştiano Ronaldo “Əl-Nəsr”in üçüncü qolunu vurub. 80-ci dəqiqədə Əli Əl-Buleyhi “Əl-Şabab”ın ikinci qolunu qeyd edib. Matçın sonlarında, 90+8-ci dəqiqədə Joau Feliks penalti zərbəsini dəqiq yerinə yetirərək üç qol müəllifi olub.

Qeyd edək ki, Kriştiano Ronaldo karyerasında 971-ci qolunu vurub.

“Əl-Nəsr” turnir cədvəlində liderliyini davam etdirir. Komandanın 32 oyundan sonra 82 xalı var. İkinci yerdə qərarlaşan və bir oyun az keçirən “Əl-Hilal”la xal fərqi 5-dir. “Əl-Şabab” isə 32 xalla 13-cü pillədə yer alır.







Offside