8 may 2026. Cümə

Azərbaycan cüdoçuları Astanada ilk günü medalsız başa vurdu


  • Offside
  • 17:00 08.05.2026
  • Oxunma sayı: 30
Azərbaycan cüdoçuları Astanada ilk günü medalsız başa vurdu

Azərbaycan cüdoçuları Qazaxıstanın Astana şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü medalsız başa vurublar.

90deqiqe.Az-ın məlumatına görə, millimizin üzvləri Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda görüşdə uğursuz çıxış ediblər.

Ş.Həmidova üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Kristina Dudinaya məğlub olub. G.Məmmədəliyeva isə monqolustanlı Nandin-Erdene Myaqmarsurenə uduzaraq medalsız qalıb.

Daha əvvəl hər iki cüdoçu yarımfinal mərhələsində məğlub olmuşdu. Şəfəq Həmidova niderlandlı Amber Qerske qarşısında, Gültac Məmmədəliyeva isə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Khorloodoi Bişreltə uduzmuşdu.

Millimizin digər üzvləri Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) isə əvvəlki mərhələlərdə mübarizəni dayandıraraq medal şansını itiriblər.

Qeyd edək ki, Astana “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.







Offside