- Offside
- 22:33 08.05.2026
Dünyanın dördüncü raketkası, serbiyalı tennisçi Novak Cokoviç Romada keçirilən “Masters” turnirinin ikinci mərhələsində gözlənilməz məğlubiyyətlə üzləşib.
90deqiqe.Az-ın məlumatına görə, o, Xorvatiyadan olan və dünya reytinqində 79-cu yerdə qərarlaşan Dino Prizmiçə uduzub.
Qarşılaşma 2 saat 17 dəqiqə davam edib və 6:2, 2:6, 4:6 hesabı ilə başa çatıb.
Növbəti mərhələdə Prizmiç Fransa təmsilçisi Üqo Humber və Çexiyadan Vit Kopriva arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.