8 may 2026. Cümə

"Xorladığımı bilmirəm"


  • Offside
  • 22:33 08.05.2026
  • Oxunma sayı: 8
"Xorladığımı bilmirəm"

“İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi yuxuda xoruldayıb-xoruldamadığını bilmədiyini deyib.

90deqiqe.Az xəbər verir ki, "The Touchline" futbolçunun dediklərini belə çatdırıb.

“Xoruldayıram? Açığı, bilmirəm. Ola bilər ki, çox yorğun olanda belə olur. Amma dəqiq bilmirəm. Mən heç vaxt arxası üstə və ya üzüaşağı yatmıram, həmişə bir böyrü üstə yatıram”

Qeyd edək ki, cari mövsümdə Messi Amerika Futbol Liqasında 10 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütövlükdə karyerası ərzində argentinalı futbolçu 906 qol vurub. Ondan daha çox qol yalnız Kriştiano Ronaldoya məxsusdur — portuqaliyalı hücumçunun hesabında 971 qol var.

Ronalduo hazırda 1000 qol həddinə çatmağı hədəfləyir. Messinin də bu göstəricini keçmək şansı qalır, lakin onun bu nəticəyə daha gec çatacağı ehtimal olunur.







Offside

"Xorladığımı bilmirəm"
  • Offside
  • 22:33 08.05.2026
"Xorladığımı bilmirəm"