9 may 2026. Şənbə

Əli Vəliyev Berlində Dünya Seriyasında bürünc medal qazandı


  • Offside
  • 08:08 09.05.2026
  • Oxunma sayı: 33
Əli Vəliyev Berlində Dünya Seriyasında bürünc medal qazandı

Azərbaycanın yeniyetmə paraüzgüçüsü Əli Vəliyev Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya Seriyası yarışlarında uğurlu çıxışı ilə diqqət çəkib.

90deqiqe.Az-ın məlumatına görə, gənc idmançı S10 kateqoriyasında 100 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında 1:03.42 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib və gənclər arasında bürünc medal qazanıb.

Qeyd edək ki, Dünya Seriyası turniri paraüzgüçülük üzrə dünyanın ən nüfuzlu yarışlarından hesab olunur. Əli Vəliyevin əldə etdiyi nəticə Azərbaycan paraidmanının inkişafı baxımından da mühüm uğur kimi qiymətləndirilir.







Offside

"Xorladığımı bilmirəm"
  • Offside
  • 22:33 08.05.2026
"Xorladığımı bilmirəm"