- Offside
- 16:55 09.05.2026
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları yarışın ikinci gününü medalsız tamamlayıblar.
90deqiqe.Az-ın məlumatına görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşdə Monqolustan təmsilçisi Anxzaya Lavjarqal ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqibinə məğlub olan idmançımız medal qazanmaq şansını əldən verib.
Qadınların 70 kiloqram çəki dərəcəsində çıxış edən Südabə Ağayeva isə 1/8 final mərhələsində almaniyalı Miriam Butkereyt ilə qarşılaşıb. Cüdoçumuz bu görüşdə məğlub olaraq turnirlə erkən vidalaşıb.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.