- Offside
- 18:54 09.05.2026
Polşanın paytaxtı Varşavada UEFA-nın 53 milli assosiasiyasından 110-dan çox İnsan Resursları və Maliyyə rəhbərləri UEFA Grow proqramının 4-cü buraxılışında iştirak edib.
Bu barədə 90deqiqe.Az-a qurumun mətbuat xidmətindən bildirilib.
Konfransda regional və yerli futbol assosiasiyaları ilə maliyyə münasibətlərinin idarə olunması, maliyyə məlumatlarının idarə edilməsinin təkmilləşdirilməsi, HR sahəsində transformasiya dəyişiklikləri, yeni əməkhaqqı sistemi ilə bağlı ideyalar və digər məsələlər müzakirə olunub.
Tədbirdə AFFA-nı Maliyyə İdarəetməsi Departamentinin rəhbəri Emil Nəcəfov və İnsan Resursları Departamentinin rəhbəri Gülşən Muradova təmsil ediblər.