- Offside
- 23:54 09.05.2026
Dördqat “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünya reytinqinin birinci raketkası, italiyalı tennisçi Yannik Sinner İtaliyanın paytaxtı Romada keçirilən “Masters” turnirində üçüncü mərhələyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, ikinci mərhələdə o, Avstriya tennisçisi Sebastyan Ofneri 6:3, 6:4 hesabı ilə məğlub edib.
Görüş 1 saat 40 dəqiqə davam edib. Sinner matç ərzində 3 eys edib, 1 ikiqat səhvə yol verib və əldə etdiyi 7 breyk imkanından 2-ni reallaşdırıb. Rəqib Ofner isə 6 eys vurub, 3 ikiqat səhv edib və breyk imkanından yararlana bilməyib.
Turnirin üçüncü mərhələsində Sinner Avstraliyanın Aleksey Popyrin və Çexiyanın Yakub Menşik cütlüyünün qalibi ilə qarşılaşacaq.