- Offside
- 23:54 09.05.2026
Norveç Kubokunun final matçı keçirilib.
90deqiqe.Az xəbər verir ki, Trofey uğrunda “Budyo Qlimt” və “Brann” komandaları mübarizə aparıb.
Əsas vaxtda komandalar hərəyə iki qol vurublar, əlavə vaxtda isə hər iki tərəf daha bir dəfə fərqlənib. 120 dəqiqənin sonunda tablodakı hesab 3:3 olub və qalib penalti seriyasında müəyyənləşib.
Penaltilər seriyasında bəxt “Budyo Qlimt”ə gülüb — 4:2. Komandanın qapısını Nikita Xaykin qoruyub.
Qeyd edək ki, yaxın vaxtlarda Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası onun idman vətəndaşlığını dəyişdikdən sonra Norveç millisində çıxışını qadağan edib.
Beləliklə, “Budyo Qlimt” 1993-cü ildən sonra ilk dəfə Norveç Kubokunu qazanıb və 33 illik fasilədən sonra bu trofeyi yenidən əldə edib.