10 may 2026. Bazar günü

Messi MLS tarixində yeni rekorda imza atdı


  • Offside
  • 23:51 09.05.2026
  • Oxunma sayı: 27
Messi MLS tarixində yeni rekorda imza atdı

"İnter Mayami"nin hücumçusu Lionel Messi ABŞ-ın Major Liqa Futbolunda (MLS) yeni rekorda imza atıb.

90deqiqe.Az xəbər verir ki, argentinalı hücumçu liqa tarixində 100 məhsuldar hərəkətə ən tez çatan futbolçu olub.

O, bu nailiyyətə “Toronto” ilə keçirilən və 4:2 hesabı ilə yekunlaşan matçda 1 qol və 2 məhsuldar ötürmə ilə imza atıb.

38 yaşlı futbolçuya 100 “qol+ötürmə” göstəricisinə çatmaq üçün cəmi 64 oyun kifayət edib. Onun ümumi göstəricisi 59 qol və 41 məhsuldar ötürmədən ibarətdir.

Bu nəticə ilə Messi əvvəlki rekordçu Sebastyan Jovinkonu geridə qoyub. Jovinkoya 95 oyun lazım olmuşdu. Siyahıda ardıcıl olaraq Robbi Kin (96 oyun), Karlos Vela (98), Xosef Martines (105) və Denni Buanqa (108) yer alır.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı