- Offside
- 23:54 09.05.2026
Dördqat “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünya reytinqinin birinci raketkası italiyalı tennisçi Yannik Sinner “Masters” turnirlərində ardıcıl 29-cu qələbəsini qazanıb.
90deqiqe.Az xəbər verir ki, 1990-cı ildən tətbiq edilən format çərçivəsində yalnız serbiyalı Novak Cokoviç daha uzun qələbə seriyasına sahib olub (30 və 31 qələbə).
Bu göstərici ilə Sinner isveçrəli Rocer Federerə də çatıb. Siyahıda ardınca ispaniyalı Rafael Nadal (23 qələbə) və amerikalı Pit Sampras (19 qələbə) gəlir.
Sinner 29-cu qələbəsini İtaliyanın paytaxtı Romada keçirilən “Masters” turnirinin ikinci mərhələsində qazanıb. O, avstriyalı Sebastyan Ofneri 6:3, 6:4 hesabı ilə məğlub edib.
Növbəti mərhələdə Sinner Avstraliyanın Aleksey Popyrin və Çexiyanın Yakub Menşik cütlüyünün qalibi ilə qarşılaşacaq.