10 may 2026. Bazar günü

“Bakı–Xankəndi” veloyarışı start götürür - 24 komanda qələbə uğrunda mübarizə aparacaq


  • Offside
  • 07:06 10.05.2026
  • Oxunma sayı: 29
“Bakı–Xankəndi” veloyarışı start götürür  - 24 komanda qələbə uğrunda mübarizə aparacaq

Mayın 10-da “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışı start götürür.

90deqiqe.Az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateoriyalı nüfuzlu turnirində dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur.

Yarışın ilk mərhələsi “Sea Breeze”dən başlayacaq. Velosipedçilər Bakı şəhərinin görməli məkanlarından keçərək Sumqayıtda finiş xəttini tamamlayacaqlar. Açılış mərhələsinin ümumi məsafəsi 158,7 kilometr təşkil edir.

Turnirin növbəti mərhələləri isə ölkənin müxtəlif bölgələrini əhatə edəcək. İkinci mərhələdə iştirakçılar Bakı–Şamaxı–İsmayıllı marşrutu üzrə 193,2 kilometr məsafə qət edəcəklər.

Mayın 12-də təşkil olunacaq üçüncü mərhələ Qəbələ–Oğuz–Şəki–Mingəçevir xətti üzrə keçiriləcək. Velosipedçilər bu etapda 163,3 kilometr məsafədə güclərini sınayacaqlar.

Dördüncü mərhələ Gəncə–Göygöl–Goranboy–Suqovuşan–Talış–Naftalan marşrutunu əhatə edəcək. Bu mərhələnin uzunluğu 152,7 kilometr olacaq.

Yarışa mayın 14-də yekun vurulacaq. Həlledici etap Tərtərdən start götürərək Ağdam, Füzuli və Şuşadan keçməklə Xankəndidə başa çatacaq. Son mərhələnin məsafəsi 181,3 kilometrdir.

Qeyd edək ki, “Bakı–Xankəndi” yarışı Azərbaycanın idman təqvimində ən nüfuzlu beynəlxalq velosiped turnirlərindən biri hesab olunur.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı