- Offside
- 14:27 10.05.2026
UFC prezidenti Dana Uayt Birləşmiş Ərəb Əmirliklərini təmsil edən keçmiş orta çəki çempionu Xamzat Çimayevin potensial olaraq yarım ağır çəki dərəcəsinə (93 kq-a qədər) keçidi zamanı dərhal titul döyüşü alıb-almayacağı ilə bağlı sualı cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Düzünü desəm, hələ bu barədə düşünmürəm, amma çəki dərəcəsinin dəyişməsi maraqlı məqamlar vəd edir”
Qeyd edək ki, Çimayev bu gün peşəkar karyerasında ilk məğlubiyyətini amerikalı Şon Striklendə qarşı keçirdiyi titul döyüşündə alıb. 84 kq çəki dərəcəsində baş tutan qarşılaşma ABŞ-ın Nyuark şəhərində keçirilən UFC 328 turnirinin əsas döyüşü olub və hakimlərin bölünmüş qərarı ilə Striklendin qələbəsi ilə yekunlaşıb.
Bununla da Çimayev 15 döyüşlük məğlubiyyətsiz seriyasına son qoyub.