- Offside
- 15:43 10.05.2026
Azərbaycanın idman həyatında mühüm hadisələrdən sayılan beynəlxalq “Bakı–Xankəndi” velosiped yarışına start verilib.
90deqiqe.Az xəbər verir ki, yarışın ilk mərhələsi Bakıdakı “Sea Breeze” ərazisindən başlayaraq Sumqayıt şəhərində başa çatıb. Velosipedçilər mərhələ ərzində 158 kilometrdən artıq məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyası üzrə keçirilən nüfuzlu yarışda dünyanın müxtəlif ölkələrindən peşəkar komandalar iştirak ediblər. İdmançılar marşrut boyunca həm sürət, həm də dözümlülük baxımından gərgin mübarizə aparıblar.
Mərhələnin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olub.
Ümumilikdə 5 mərhələdən ibarət olan beynəlxalq turnir Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edəcək. Yarışın əsas məqsədi ölkədə velosiped idmanının inkişafına dəstək vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etdiyini nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Turnirin son mərhələsi isə Xankəndi şəhərində keçiriləcək.
.png)