10 may 2026. Bazar günü

Uşanqi Kokauri Astanada gümüş medal qazandı


  • Offside
  • 18:27 10.05.2026
  • Oxunma sayı: 30
Uşanqi Kokauri Astanada gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Qazaxıstanın Astana şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində çıxış edən təcrübəli idmançı finala qədər inamlı təsir bağışlayıb.

Milli üzvü yarış ərzində Qazaxıstan təmsilçisi Jantilek Nurtilepulu, Almaniyadan Erik Abramov və yarımfinalda fransalı Timan Diabini məğlub edərək həlledici görüşə yüksəlib.

Uşanqi Kokauri finalda rusiyalı İnal Tasoyevlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqibinə uduzan cüdoçumuz turniri gümüş medalla başa vurub.

Qeyd edək ki, Uşanqi Kokauri bir həftə əvvəl Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal əldə etmişdi.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı