10 may 2026. Bazar günü

“Orhus” 40 ildən sonra Danimarka çempionu oldu


  • Offside
  • 22:39 10.05.2026
  • Oxunma sayı: 72
“Orhus” 40 ildən sonra Danimarka çempionu oldu

Danimarka çempionatında “Orhus” 40 ildən sonra yenidən çempion olub.

90deqiqe.Az xəbər verir ki, Çempionatın final mərhələsinin IX turunda lider “Orhus” səfərdə “Bröndbü” ilə qarşılaşıb. Görüş “Orhus”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaq komandanın qollarını 3-cü dəqiqədə Henrik Dalsqor, 26-cı dəqiqədə isə Kevin Yakob vurublar.

Bu nəticədən sonra xallarının sayını 64-ə çatdıran “Orhus” mövsümün başa çatmasına bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, “Orhus” sonuncu dəfə 1985/1986 mövsümündə ölkə çempionu olmuşdu.







Offside