11 may 2026. Bazar ertəsi

“Şaxtyor” vaxtından əvvəl Ukrayna çempionu oldu


  • Offside
  • 23:14 10.05.2026
  • Oxunma sayı: 39
“Şaxtyor” vaxtından əvvəl Ukrayna çempionu oldu

Ukrayna çempionunun adına mövsümün başa çatmasına üç tur qalmış aydınlıq gəlib.

90deqiqe.Az xəbər verir ki, “Şaxtyor” bu gün “Poltava”nı böyük hesabla məğlub edərək Premyer Liqanın turnir cədvəlinin zirvəsində əlçatmaz olub.

Hazırda ikinci pillədə qərarlaşan “Polesye” liderdən 11 xal geri qalır. İlk üçlüyü isə yeni çempiondan 12 xal az toplayan LNZ tamamlayır.

Titullu Kiyev “Dinamo”su isə uğursuz mövsüm keçirir. “Ağ-göylər” hazırda dördüncü sırada yer alır və “Şaxtyor”dan 18 xal geri düşür.

Beləliklə, “Şaxtyor” tarixində 16-cı dəfə Ukrayna çempionu adını qazanıb. “Dağ-mədənçilər” çempionluqların sayına görə 17 titul qazanan Kiyev “Dinamo”suna bir qədər də yaxınlaşıblar.







Offside