- Offside
- 13:45 11.05.2026
Bu gün “Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi baş tutacaq.
90deqiqe.Az-ın məlumatına görə, yarış iştirakçıları Bakıda start götürərək İsmayıllıya qədər mübarizə aparacaqlar. II etapın ümumi məsafəsi 193,2 kilometr təşkil edir.
Xatırladaq ki, ötən gün keçirilən ilk mərhələnin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu velosipedçisi Aleksey Şnirko olub. O, finiş xəttini hamıdan əvvəl keçərək ümumi təsnifatda liderliyə yüksəlib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı təqvim yarışına dünyanın 20 ölkəsindən 24 komanda qatılıb. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur.
Qeyd edək ki, “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışına mayın 14-də yekun vurulacaq.