- Offside
- 13:45 11.05.2026
Rumıniyanın paytaxtı Buxarestdə şahmatın rapid növü üzrə keçirilən Qran-Pri turnirinə yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, 27 ölkədən 581 şahmatçının qatıldığı nüfuzlu yarışda Azərbaycanı Aydın Süleymanlı və Rauf Məmmədov təmsil ediblər.
Turnirin yekununda Aydın Süleymanlı uğurlu çıxışı ilə diqqət çəkib. Azərbaycanlı qrossmeyster 8,5 xal toplayaraq Meksika təmsilçisi Joze Martines Alkantara ilə birlikdə 1-2-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə əsasən, Süleymanlı yarışı ikinci pillədə tamamlayıb.
Digər təmsilçimiz Rauf Məmmədov isə 8 xal toplayaraq turniri 7-ci sırada başa vurub.
Qeyd edək ki, rapid növü üzrə təşkil olunan Buxarest Qran-Prisi yüksək rəqabəti ilə yadda qalıb.