- Offside
- 14:46 11.05.2026
“Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının infrastrukturu yüksək səviyyədə təşkil olunub.
90deqiqe.Az-ın məlumatına görə, bu fikirləri qazaxıstanlı veteran velosipedçi, Olimpiya çempionu Aleksandr Vinokurov yarışla bağlı danışarkən səsləndirib.
O, Azərbaycanda velosiped idmanı üçün yaradılan şəraiti yüksək qiymətləndirib və velosiped yollarının keyfiyyətinə diqqət çəkib:
“Bu yarış ölkədə velosiped idmanının populyarlaşmasına ciddi töhfə verəcək. Mən özüm də turnirlə bağlı sosial şəbəkələrdə paylaşım etmişəm və dünyanın müxtəlif ölkələrindən bununla bağlı mənə mesajlar yazıblar”, – deyə Vinokurov bildirib.
Qazaxıstanlı veteranın sözlərinə görə, beynəlxalq yarış xüsusilə gənc və yeniyetmə idmançıların inkişafına müsbət təsir göstərəcək:
“Düşünürəm ki, “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının kateqoriyası gələcəkdə daha da yüksəldilməlidir”.
Aleksandr Vinokurov əsas məqsədlərinin velosiped idman növünün inkişafına dəstək vermək olduğunu da vurğulayıb.