- Offside
- 16:02 11.05.2026
Azərbaycanın güllə atıcılığı üzrə milli komandasının üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında uğurlu nəticəyə imza atıblar.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə qarışıq komanda yarışında mübarizə apararaq gümüş medal qazanıblar.
Cütlük final mərhələsində yüksək nəticə göstərərək Avropa çempionatının mükafatçıları sırasında yer alıb və Azərbaycanın medal aktivinə daha bir uğur əlavə edib.