- Offside
- 21:17 11.05.2026
Azərbaycan təmsilçiləri Türkiyənin Marmaris şəhərində keçirilən yelkən idmanı üzrə “Lorima Cup” beynəlxalq reqatasında qüvvələrini sınayıblar.
Azərbaycan Su İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmizi yarışda “Xəzər” Yelkən Qayıqları İdman Klubu təmsil edib. Komanda reqatada 8 nəfərlik heyətlə çıxış edib.
Beynəlxalq turnirdə müxtəlif ölkələrdən olan komandalar mübarizə aparıblar. Yarışın yekun nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri ümumi sıralamada 8-ci yeri tutublar.
Qeyd edək ki, “Lorima Cup” reqatası regionun nüfuzlu yelkən yarışlarından biri hesab olunur və hər il beynəlxalq iştirakçıları bir araya gətirir.