11 may 2026. Bazar ertəsi

Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar


  • Offside
  • 20:33 11.05.2026
  • Oxunma sayı: 27
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar

Xorvatiyanın Osiyek şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət millisi uğurlu çıxışı ilə diqqət çəkib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.

25 metr standart tapança yarışında mübarizə aparan komandamız fəxri kürsüyə yüksələrək bürünc medal qazanıb.

Millimizin heyətində çıxış edən Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva yüksək nəticə göstərərək Avropa çempionatının mükafatçıları sırasında yer alıblar.

Beləliklə, Azərbaycan komandası qitə birinciliyində medal aktivini daha da zənginləşdirib.







Offside