11 may 2026. Bazar ertəsi

Simone İnzaqi Səudiyyə Ərəbistanında ilk titulunu qazandı


  • Offside
  • 21:17 11.05.2026
  • Oxunma sayı: 33
Simone İnzaqi Səudiyyə Ərəbistanında ilk titulunu qazandı

İtaliyalı mütəxəssis Simone İnzaqi Səudiyyə Ərəbistanındakı ilk kubokunu qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, onun rəhbərlik etdiyi komanda ölkə kubokunun finalında “Əl-Kolod”u 2:1 hesabı ilə məğlub edərək titulun sahibi olub. Həlledici qolu isə vaxtilə “Milan”ın formasını geyinmiş Teo Ernandes vurub.

 Bu uğur italiyalı baş məşqçinin karyerasında qazandığı 10-cu titul kimi tarixə düşüb.

Buna baxmayaraq, komanda azarkeşləri finaldan sonra Simone İnzaqini fitə basıblar. Azarkeşlər ona Asiya Çempionlar Liqasında Roberto Mançinin rəhbərlik etdiyi “Əl-Sədd” klubuna məğlub olaraq turnirlə erkən vidalaşmağı bağışlamayıblar.

Həmçinin çempionatda da komandanın titul şanslarının xeyli azaldığı bildirilir. Halbuki mövsümün ilk hissəsində məhz İnzaqinin komandası üstün oyunu ilə seçilirdi.

Məlumata görə, azarkeşlərin narazılığına səbəb olan əsas məqamlardan biri də komandanın sərgilədiyi futbolun həddindən artıq müdafiəyönümlü və baxımsız hesab edilməsidir.

Xatırladaq ki, İnzaqi “Milan”ın əzəli rəqibi olan “İnter”i çalışdırıb.







Offside