11 may 2026. Bazar ertəsi

AMADA Bakı buxtasında “Ədalətli İdman Ayı – 2026” çərçivəsində maarifləndirmə tədbiri keçirib


  • Offside
  • 21:55 11.05.2026
  • Oxunma sayı: 37
AMADA Bakı buxtasında “Ədalətli İdman Ayı – 2026” çərçivəsində maarifləndirmə tədbiri keçirib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində növbəti maarifləndirmə proqramı Bakı buxtasında təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən yelkən idmanı üzrə “Prezident Kuboku – 2026” yarışları çərçivəsində AMADA təmiz idman guşəsi ilə çıxış edib.

Paytaxt sakinlərini və idmançıları qəbul edən təmiz idman guşəsində antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlar barədə ətraflı məlumat verilib.

Həmçinin dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb. Təmiz idman guşəsini ziyarət edənlər antidopinqlə bağlı viktorinada iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.

Təmiz idman dəyərlərinin önəmi idmanda şəffaflığın, ədalətli mübarizənin və etik davranışın təmin olunmasında əsas rol oynayır. Dopinqdən imtina etmək idmançının yalnız qaydalara əməl etməsi deyil, həm də sağlamlığını qoruması və idmanın ruhuna sadiq qalması deməkdir. Bu prinsiplərə riayət olunması cəmiyyətdə idmana olan etimadı artırır, gənclər üçün düzgün nümunə formalaşdırır və idmanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verir.







Offside