12 may 2026. Çərşənbə axşamı

“Bakı–Xankəndi” veloturunun üçüncü mərhələsinə start verildi


  • Offside
  • 09:44 12.05.2026
  • Oxunma sayı: 11
“Bakı–Xankəndi” veloturunun üçüncü mərhələsinə start verildi

“Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının üçüncü mərhələsinə start verilib.

90deqiqe.Az xəbər verir ki, növbəti etap çərçivəsində iştirakçılar Qəbələdən Mingəçevirə qədər 162,9 kilometrlik məsafədə güclərini sınayırlar.

Yarışın ikinci mərhələsində — “Sea Breeze”dən İsmayıllıya qədər olan marşrut üzrə mübarizədə Qazaxıstanın “XDS Astana” komandasının üzvü Yevgeni Fyodorov finiş xəttini hamıdan əvvəl keçərək qələbə qazanıb.

Turun ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” klubunun belaruslu velosipedçisi Aleksey Şnirko olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət olan beynəlxalq turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur.

“Bakı–Xankəndi” veloturuna mayın 14-də yekun vurulacaq.







Offside