- Offside
- 13:37 12.05.2026
Portuqaliyanın Portimao şəhərində təşkil olunan beynəlxalq bədii gimnastika turniri Azərbaycan idmançıları üçün uğurlu olub.
Gimnastika Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, gənclər yaş kateqoriyasında çıxış edən Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xal toplayaraq ABŞ və İtaliya təmsilçilərini geridə qoyub, qızıl medala sahib çıxıblar.
Fərdi proqramda da Azərbaycan gimnastları fəxri kürsüdə yer alıblar. Belə ki, top ilə hərəkətlərdə Azadə Atakişiyeva 25.500 xalla birinci olub və növbəti qızıl medalını qazanıb.
Bu növdə Gövhər İbrahimova isə 25.900 xal toplayaraq gümüş medala layiq görülüb.
Beləliklə, Azərbaycan gimnastları turniri iki qızıl və bir gümüş medalla başa vurublar.