12 may 2026. Çərşənbə axşamı

“Bakı–Xankəndi” veloyürüşünün üçüncü mərhələsinin qalibi bəlli oldu


  • Offside
  • 12:57 12.05.2026
  • Oxunma sayı: 10
“Bakı–Xankəndi” veloyürüşünün üçüncü mərhələsinin qalibi bəlli oldu

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, 162,9 kilometr məsafəni əhatə edən mərhələnin qalibi Qazaxıstanın “Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub. O, məsafəni 3 saat 26 dəqiqə 43 saniyəyə qət edərək finişə birinci çatıb.

İkinci yeri Belçikanın “Tarteletto-İsorex” komandasının üzvü Dyupon Timoti tutub. Üçüncü pilləyə isə Ekvadorun “Roojai İnsurance Winspace” komandasını təmsil edən Pita Kristian David yüksəlib.

Yarışın əvvəlki mərhələlərində də fərqli komandaların idmançıları fərqləniblər. İlk mərhələdə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko finişə birinci çatıb. Ötən gün isə “Astana”nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov ikinci mərhələnin qalibi olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 000 avrodan çoxdur.

Yarışa mayın 14-də yekun vurulacaq, son mərhələ isə Xankəndi şəhərində keçiriləcək.







Offside