12 may 2026. Çərşənbə axşamı

“Bakı–Xankəndi” veloyürüşündə üçüncü mərhələnin qalibləri mükafatlandırıldı


  • Offside
  • 13:37 12.05.2026
  • Oxunma sayı: 9
“Bakı–Xankəndi” veloyürüşündə üçüncü mərhələnin qalibləri mükafatlandırıldı

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin medalçılarına mükafatlar təqdim olunub.

90deqiqe.Az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak ediblər.

Mərhələnin qalibi Qazaxıstanın “Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa olub və ona qızıl medal təqdim edilib. Gümüş medalı Belçikanın “Tarteletto-İsorex” komandasının üzvü Dyupon Timoti, bürünc medalı isə Ekvadorun “Roojai İnsurance Winspace” komandasını təmsil edən Pita Kristian David qazanıb.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 000 avrodan çoxdur.

Yarışa mayın 14-də yekun vurulacaq, son mərhələ isə Xankəndi şəhərində baş tutacaq.







Offside