12 may 2026. Çərşənbə axşamı

"İştirakçılar Azərbaycan yollarını yüksək qiymətləndirirlər"


  • Offside
  • 14:16 12.05.2026
  • Oxunma sayı: 11
"İştirakçılar Azərbaycan yollarını yüksək qiymətləndirirlər"

“Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsi ilə bağlı təşkilatçılar fikirlərini bölüşüblər.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov jurnalistlərə açıqlamasında ölkədəki avtomobil yollarının yüksək səviyyədə olduğunu bildirib.

“Üçüncü mərhələni də uğurla başa vurduq. Mən özümü dünyanın ən gözəl ölkəsində hiss edirəm. İştirakçılar yollarımızın çox gözəl, möhtəşəm olduğunu deyirlər. Qəbələdən Mingəçevirədək hər şey möhtəşəm idi. Bu tək mənim yox, əcnəbi qonaqların fikridir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, üçüncü mərhələdə Qazaxıstanın “Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa qızıl medal qazanıb. Belçikanın “Tarteletto-İsorex” komandasının üzvü Dyupon Timoti gümüş, Ekvadorun “Roojai İnsurance Winspace” komandasını təmsil edən Pita Kristian David isə bürünc medala sahib çıxıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 000 avrodan çoxdur.

Yarışa mayın 14-də yekun vurulacaq, son mərhələ isə Xankəndi şəhərində baş tutacaq.







Offside