13 may 2026. Çərşənbə

“Bakı–Xankəndi” veloyürüşündə dördüncü mərhələ bu gün keçiriləcək


  • Offside
  • 09:09 13.05.2026
  • Oxunma sayı: 9
“Bakı–Xankəndi” veloyürüşündə dördüncü mərhələ bu gün keçiriləcək

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi bu gün baş tutacaq.

90deqiqe.Az-ın məlumatına görə, 152,7 kilometrlik mərhələ Gəncə şəhərindən start götürərək Naftalan şəhərində yekunlaşacaq.

Yarışın ilk üç mərhələsi gərgin mübarizə ilə yadda qalıb. Açılış mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu təmsilçisi Aleksey Şnirko finiş xəttini birinci keçib. İkinci mərhələdə Astana Qazaqstan Team komandasının qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib adını qazanıb. Üçüncü mərhələdə isə “Astana”nın rusiyalı üzvü Qleb Suritsa rəqiblərini geridə qoyaraq birinciliyə yiyələnib.

Union Cycliste Internationale (UCI) tərəfindən 2.1 kateqoriyası üzrə təşkil olunan yarışda dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır.

Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində keçiriləcək.







Offside