13 may 2026. Çərşənbə

“Bakı–Xankəndi” veloyürüşünün dördüncü mərhələsinin qalibi müəyyənləşdi


  • Offside
  • 13:00 13.05.2026
  • Oxunma sayı: 9
“Bakı–Xankəndi” veloyürüşünün dördüncü mərhələsinin qalibi müəyyənləşdi

“Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsinə yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, 152,8 kilometrlik mərhələ Gəncə şəhərindən старт götürərək Naftalan şəhərində başa çatıb.

Mərhələnin qalibi İtaliyanın “Bardiani” komandasının üzvü Marko Manenti olub. İtaliyalı velosipedçi məsafəni hamıdan tez qət edərək finiş xəttini birinci keçib.

Xatırladaq ki, yarışın ilk mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu təmsilçisi Aleksey Şnirko qalib gəlib. İkinci və üçüncü mərhələlərdə isə müvafiq olaraq Qazaxıstanın XDS Astana Team komandasının üzvləri Yevgeni Fyodorov və Qleb Suritsa birinci yeri tutublar.

Union Cycliste Internationale (UCI) tərəfindən 2.1 kateqoriyası üzrə təşkil olunan yarışda dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir.

Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.







Offside