13 may 2026. Çərşənbə

Region Liqasında final və III yer uğrunda oyunun yeri müəyyənləşib


  • Offside
  • 16:30 13.05.2026
  • Oxunma sayı: 9
Region Liqasında final və III yer uğrunda oyunun yeri müəyyənləşib

AFFA Region Liqasında 2025/2026 mövsümünün final və üçüncü yer uğrunda oyunun yeri və başlama saatı müəyyənləşib.

Milli assosiasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.

İlk olaraq saat 11:00-da "Biləsuvar" və "Şəfəq" komandaları arasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da "Zəngəzur"la "Marafon" kollektivləri arasında baş tutacaq.

Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.







Offside