- Offside
- 21:17 13.05.2026
"İnter Mayami" klubunun yarımmüdafiəçisi Rodriqo de Paul gələcək karyerası ilə bağlı qərar verib.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, 31 yaşlı futbolçu karyerasını doğma klubu olan "Rasinq"də davam etdirmək niyyətindədir. Lakin de Paul bu addımı yalnız komanda yoldaşı Lionel Messi peşəkar futbolçu karyerasını başa vurduqdan sonra atacaq.
Qeyd edək ki, Rodriqo de Paul 2026-cı ilin yanvarında "Atletiko Madrid" klubundan "İnter Mayami"yə 15 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsinin müddəti 2029-cu ilin 31 dekabrına qədər nəzərdə tutulub.
Cari mövsümdə argentinalı yarımmüdafiəçi Amerika təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 12 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.