13 may 2026. Çərşənbə

İmaməddin Xəlilov Avropa çempionatında gümüş medal qazanıb


  • Offside
  • 22:42 13.05.2026
  • Oxunma sayı: 10
İmaməddin Xəlilov Avropa çempionatında gümüş medal qazanıb

Almaniyanın Münxen şəhərində parataekvondo üzrə Avropa çempionatı davam edir.

 90deqiqe.Az xəbər verir ki, qitə çempionatının üçüncü günündə K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov 1/4 finalda polşalı Labedzki Przemişlav, yarımfinalda isə gürcüstanlı Giorgi Nikoladze üzərində qələbə qazanaraq finala yüksəlib.

Finalda türkiyəli Yusuf Yünaçtıya məğlub olan İ.Xəlilov karyerasında ikinci dəfə Avropa çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, daha əvvəl parataekvondoçumuz Sabir Zeynalov (58 kiloqram) qitə çempionatında gümüş medala layiq görülüb.







Offside