- Offside
- 20:35 14.05.2026
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışında bu gün qaliblərin adına aydınlıq gələcək.
90deqiqe.Az xəbər verir ki, yarışın həlledici – V mərhələsi Tərtərdə start götürüb və iştirakçılar Xankəndidə finiş xəttini keçəcəklər. Velosipedçilər mərhələ ərzində Ağdam, Füzuli və Şuşadan keçməklə ümumilikdə 181,3 kilometr məsafə qət edəcəklər.
Çoxgünlük yarışın əvvəlki mərhələləri gərgin mübarizə ilə yadda qalıb. İlk mərhələnin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olub. İkinci mərhələdə “Astana” klubunun qazaxıstanlı təmsilçisi Yevgeni Fyodorov finişə hamıdan əvvəl çatıb.
Üçüncü mərhələdə “Astana”nın rusiyalı velosipedçisi Qleb Suritsa fərqlənib. Dördüncü mərhələdə isə İtaliyanın “Bardiani CSF 7 Saber” komandasının üzvü Marko Manenti rəqiblərini qabaqlayaraq birinciliyi əldə edib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur.