- Offside
- 21:56 14.05.2026
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışında 5 mərhələnin yekun nəticələrinə əsasən fərdi və komanda hesabında qaliblərin adına aydınlıq gəlib.
90deqiqe.Az xəbər verir ki, turnirin ümumi qalibi İspaniyanın “Burqos” komandasının yeni zelandiyalı üzvü Coş Barnett olub. Velosipedçi sonuncu – V mərhələni də qələbə ilə başa vuraraq yarışda üstün performans nümayiş etdirib.
Komanda hesabında da “Burqos” kollektivi bütün rəqiblərini qabaqlayaraq birinci pilləyə yüksəlib.
Yarışın əvvəlki mərhələləri də maraqlı nəticələrlə yadda qalıb. İlk mərhələdə Çinin “Li-Ninq Star” komandasının belaruslu təmsilçisi Aleksey Şnirko finişə hamıdan əvvəl çatıb. İkinci mərhələdə “Astana”nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub.
Üçüncü mərhələdə “Astana”nın rusiyalı üzvü Qleb Suritsa fərqlənib. Dördüncü mərhələdə isə İtaliyanın “Bardiani CSF 7 Saber” komandasının üzvü Marko Manenti bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edib. Turnirin ümumi mükafat fondu 50 min avrodan çox olub.