- Offside
- 21:56 14.05.2026
Futzal üzrə Azərbaycan Yüksək Liqasında mövsümün bürünc medalçısı məlum olub.
90deqiqe.Az xəbər verir ki, XX tur çərçivəsində keçirilən qarşılaşmada “Baku Fire” komandası “Şuşa” kollektivinə 8:5 hesabı ilə qalib gələrək çempionatı üçüncü pillədə başa vurmağı rəsmiləşdirib.
Turun digər oyununda isə U-19 komandası meydana çıxmadan aktivinə 3 xal yazdırıb.
Qeyd edək ki, Yüksək Liqada 2025/2026 mövsümünə mayın 18-də yekun vurulacaq. Çempionun adına aydınlıq gətirəcək həlledici qarşılaşmada lider “Neftçi” İK ən yaxın izləyicisi “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Hazırda turnir cədvəlinə 52 xalla “Neftçi” İK başçılıq edir. 49 xalı olan “Araz-Naxçıvan” isə ikinci pillədə qərarlaşıb.