- Offside
- 21:56 14.05.2026
Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatı davam edir.
90deqiqe.Az xəbər verir ki, qitə birinciliyinin dördüncü yarış günündə Azərbaycan millisinin daha bir üzvü fəxri kürsüyə yüksəlib.
49 kiloqram çəki dərəcəsində çıxış edən Xədicə Qurbanzadə final görüşündə ukraynalı Olena Kolubayla üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz turniri gümüş medalla başa vurub.
Beləliklə, Azərbaycan yığması U-17 Avropa çempionatında növbəti medalı aktivinə yazdırıb.