- Offside
- 21:56 14.05.2026
“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoninin transferi uğrunda mübarizəni davam etdirir.
90deqiqe.Az-ın "Barça Universal"a istinadən məlumatına görə, İtaliyada Bastoninin “İnter”də son oyunlarını keçirdiyi ilə bağlı fikir getdikcə güclənir. Müdafiəçi karyerasının ən yaxşı mövsümlərindən birini keçirərək Avropanın ən etibarlı və universal mərkəz müdafiəçilərindən biri statusunu möhkəmləndirib.
Kataloniya klubunun marağı artıq ilkin müşahidə mərhələsini keçib və futbolçu ilə bağlı əlaqələr aktivləşib.
Cari mövsümdə Bastoni 40 oyunda meydana çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə edib və 9 sarı vərəqə alıb. Daha əvvəl klubların niyə hələ rəsmi danışıqlara başlamadığı da açıqlanmışdı.