- Offside
- 18:13 16.05.2026
Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.
90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, hazırlıq prosesində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib.
Bu qarşılaşmaların hər ikisi Azərbaycan millisinin qələbəsi (3:0, 3:1) ilə yekunlaşıb. Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komanda bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq voleybolçuların burada da yoxlama oyunlarında qüvvələrini sınamaları nəzərdə tutulub.
Qeyd edək ki, yığma Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya seçmələri olacaq.