17 may 2026. Bazar günü

“Portu” mövsümü ev qələbəsi ilə başa vurdu


  • Offside
  • 23:16 16.05.2026
  • Oxunma sayı: 8
“Portu” mövsümü ev qələbəsi ilə başa vurdu

Portuqaliya çempionatının 34-cü və son turunda “Portu” öz meydanında “Santa Klara”nı qəbul edib və minimal hesablı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, çempionluğu vaxtından əvvəl təmin edən “Portu” azarkeşləri qarşısında keçirilən son oyunda ehtiyatlı çıxış edib və ilk hissədə hesab açılmayıb.

Buna baxmayaraq, 69-cu dəqiqədə Sidney Limanın öz qapısına vurduğu qol “Portu”ya qələbə qazandırıb. Ev sahibi komanda bundan sonra üstünlüyünü artırmayıb və matç 1:0 hesabı ilə başa çatıb.

Portu mövsümü 34 oyundan sonra 88 xalla başa vurub. “Santa Klara” isə 36 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.







Offside