- Offside
- 00:16 18.05.2026
Azərbaycanın stend atıcısı İslam Əjdərov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 18 yaşadək idmançıların mübarizəsində çıxış edən təmsilçimiz oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Yarış boyunca yüksək dəqiqlik və sabit nəticələr nümayiş etdirən İslam Əjdərov yarımfinal mərhələsində Macarıstan təmsilçisi Nimrod Peli ilə qarşılaşıb. Gərgin keçən mübarizənin yekununda idmançımız turniri bürünc medalla başa vurub.